Azərbaycan prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununun tətbiqi haqqında fərman imzalayıb. Bu barədə çərşənbə günü dövlət başçısının saytında məlumat verilir.
Dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərinin yoxlanılmasına qoyulan moratoriumun müddəti 1 yanvar 2022-ci il tarixinədək uzadılıb.
Prezident İlham Əliyev 2015-ci il oktyabrın 26-da sahibkarlıq sahəsində yoxlamaların 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanunu təsdiq edib. 2017-ci ilin noyabr ayında bu moratorium 2021-ci il noyabrın 1-dək uzadılıb.
Qanuna əsasən, yalnız vergi yoxlamaları, eləcə də əhalinin həyat və sağlamlığına, ölkənin milli və iqtisadi təhlükəsizliyinə təhdidlərin olduğu hallarda yoxlamalar, habelə tikintiyə dövlət nəzarəti çərçivəsində yoxlamalar aparıla bilər.**
B.Rüstəmbəyov