“Azərişıq” ASC Tərtər rayonunun Suqovuşan yaşayış məntəqəsinin elektrik təchizatına 4,6 milyon manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, bu məqsədlə «Everest Tikinti» MMC ilə müqavilə bağlanıb. Müqavilənin dəyəri 4 milyon 567,779 min manatdır.
Suqovuşan kəndi 2020-ci il oktyabrın 2-də erməni işğalından azad edilib.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
B.Rüstəmbəyov