Azərbaycan 2021-ci ilin yanvar ayında 2 milyon 611,1 min ton neft ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 0,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $996 milyon 743,9 min (azalma 17,7%) təşkil edib.
Cari ilin yanvar ayında Azərbaycan 1 milyard 805,6 milyon kubmetr (artım 37,3%) qaz ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $293 milyon 889,2 min (artım 6,1%) təşkil edib.
2020-ci ildə Azərbaycan $8 milyard 520 milyon 478,8 min dəyərində 28 milyon 374,2 min ton neft, $2 milyard 763 milyon 457,9 min dəyərində 13 milyard 839,9 milyon kubmetr qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Türkiyə və Gürcüstana, eləcə də İtaliya, Yunanıstan və Bolqarıstan istehlakçıları üçün Avropaya ixrac edilir.*
N.Abbasova