Qazaxıstanın neft xidmətləri üzrə fəaliyyət göstərən şirkətləri Azərbaycan və Rusiya bazarlarına çıxmağı planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Qazaxıstanın “KazService” neft xidmətləri üzrə şirkətlər İttifaqının Rəyasət Heyətinin sədri Rəşid Jaksılıkov bu gün brifinqdə bildirib.
“Azərbaycan və Rusiya səfirlikləri ilə çox intensiv danışıqlar (Qazaxıstanın neft xidmətləri üzrə şirkətlərinin bu ölkələrin layihələrində iştirakı üçün - İF) aparılır. Rusiya bazarı bizim üçün çox maraqlıdır. Biz əsas diqqəti RF-yə yönəldəcəyik, lakin uzaq xarici ölkələri də yaddan çıxarmayacağıq”, - deyə o qeyd edib.*