BMT-nin İnkişaf Proqramı (UNDP) Qarabağda minatəmizləmə əməliyyatları üçün Azərbaycana $1 milyon ayırır. Bu barədə UNDP-nin Bakı ofisinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) UNDP ilə baş verən münaqişədən sonra icma təhlükəsizliyinin bərpasına yönəlmiş yeni maliyyələşmə sənədi imzalayıb. Sənədi ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və UNDP-nin rezident nümayəndəsi Alessandro Frakassetti imzalayıb.
$1 milyon məbləğində vəsaitlə UNDP ANAMA-ya münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risklər yaradan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək verəcək.*
X.Nəsirzadə