Prezident İlham Əliyev Emin Məmmədovun “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 10-da Vidadi Muradovun “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
2021-ci il yanvarın 9-da V.Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə Muradov barəsində həbs qətimkan tədbiri seçilib.*
B.Rüstəmbəyov