2021-ci ilin mart ayının 1-nə respublika üzrə 1 milyon 231,572 min vergi ödəyicisi uçotdadır. Bu barədə Dövlət Vergi Xidmətinin (DVX) məlumatında deyilir.
Vergi ödəyicilərinin 12,3%-i hüquqi şəxslər, 87,7%-i fiziki şəxslərdir. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 15,1%, hüquqi şəxslərin sayı 5,5%, kommersiya təşkilatlarının sayı 6,8% artıb.
Məlumata görə, 2021-ci ilin yanvar-fevral aylarında 1776-sı yerli investisiyalı olmaqla 1,91 min kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7% artıb.
2021-ci ilin 1 mart tarixinə qeydiyyatda olan publik hüquqi şəxslərin sayı 270-dir.*
Ə.Məmmədov