Rusiya 2020-ci ildə 152 ton laktoza və laktoza siropu ixrac edib ki, bu da 2019-cu illə müqayisədə 68% çoxdur. Bu barədə RF Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” Mərkəzi Federal Gömrük Xidmətinə istinadən xəbər verir.
İxrac dəyər ifadəsində 46% artaraq $390 minə çatıb. Laktozanın əsas alıcıları Belarus (dəyərin 62%-i), Qazaxıstan (24%) və Özbəkistan (6,6%) olub.
İxrac bu il də davam edib - 1,5 tonluq sınaq partiyaları Gürcüstan və Azərbaycana göndərilib.*