Hazırda Azərbaycanda ticarət və ictimai iaşə obyektlərində quraşdırılan yeni nəsil kassa aparatlarının sayı 24 mindən çoxdur. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Hazırda ticarət və ictimai iaşə obyektlərində 24 mindən çox yeni nəsil ekassa quraşdırılıb. 2022-ci ilin sonunadək ölkədə olan bütün kassaların yeni nəsil kassalarla əvəz edilməsi nəzərdə tutulur”, - Cabbarov özünün rəsmi Facebook səhifəsində yazıb.
Öncə yeni nəsil kassa aparatlarının quraşdırılmasını 2021-ci ilin sonunadək başa çatdırmaq planlaşdırılırdı.
Kassaların quraşdırılmasından imtina, onların istifadə olunmaması və nağd ödəniş qaydalarının pozulması vergi qanunvericliyi ilə nəzərdə tutulan məsuliyyətə cəlb olunma ilə nəticələnə bilər. **
Ə.Məmmədov