2020-ci ilin dekabr ayında yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə 26,4 milyon manat ($15,5 milyon) əlavə ödənilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycanın dövlət tibb müəssisəsinin 15,929 min nəfər tibb işçisinə və 3,323 min nəfər qeyri-tibb işçisinə dekabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 26,4 milyon manat müddətli əlavə ödənilib”, - məlumatda bildirilir.
Əlavələr aşağıdakı qaydada ödənilib:
- 15,929 nəfər tibb işçisinə 23,6 milyon manat ödənilib.
- 3,323 min nəfər qeyri-tibb işçisinə 2,8 milyon manat müddətli əlavə verilib.
- özəl tibb müəssisənin 4 nəfər işçisinə 9,172 min manat ödənilib.
- 116 nəfər könüllüyə 29 min manat əlavə ödənilib.
Məlumata görə, ötən ilin mart ayında 11,7 milyon manat, apreldə 13,9 milyon manat, mayda 13,7 milyon manat, iyunda 18 milyon manat, iyulda 20 milyon manat, avqustda 17,2 milyon manat, sentyabrda 13,8 milyon manat, oktyabrda 13,5 milyon manat, noyabrda – 20 milyon manat əlavə ödənilib.
Beləliklə, 2020-ci ilin mart-dekabr aylarında bu məqsədlərə 169,4 milyon manat ($99,6 milyon) yönəldilib.**
X.Nəsirzadə