Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovbəyan edib ki, Novruz bayramı günlərindəkarantin rejimi sərtləşdirilməyəcək, yalnızictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
“Ölkədə yoluxma sayının artması ilə əlaqədar uzun sürən müzakirələrdən sonra yalnız bir məhdudiyyət əlavə olunub və bayram günlərində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlıdır. Bundan başqa, karantin rejiminin digər sərtləşdirilməsi nəzərdə tutulmur”, - Mövsümov cümə günü brifinqdə bildirib.
O əlavə edib ki, hazırda ölkə xəstəxanalarında 1500-1600 nəfər koronavirus xəstəsi var. “Bu, bizə karantin rejimini sərtləşdirilməməsi üçün imkan verir”, - Mövsümov əlavə edib.
Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.
Xüsusi karantin rejiminin müddəti 1 aprel saat 06:00-dək sona çatırdı.
Qərara əsasən, ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılması iyunun 1-dək qüvvədə qalır. Həmçinin, 20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. **
X.Nəsirzadə