Epidemioloji vəziyyəti əlverişli ölkələrdən olan əcnəbi tələbələrə Rusiyaya qayıtmağa icazə verilib. Bununla əlaqədar RF-nin baş naziri Mixail Miışustin müvafiq sərəncam imzalayıb.
“Rusiya Federasiyası Hökumətinin 16.03.2021-ci il tarixli sərəncamına əsasən, əcnəbi tələbələrə, aspirantlara, ordinatorlara, hazırlıq fakültələrinin dinləyicilərinə təhsili davam etdirmək üçün Rusiyaya qayıtmağa icazə verilib. Xaricdən tələbələrin gəlmə qaydaları RF Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanıb”, - şənbə günü nazirliyin saytında dərc olunan məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, “Rusiyaya təhsil almaq məqsədilə yalnız Rospotrebnadzor tərəfindən təhlükəsiz epidemioloji vəziyyətdə olan ölkələrin əcnəbi vətəndaşları səfər edə bilərlər”.
“Hazırda Azərbaycan, Ermənistan, Belarus, Vyetnam, Yunanıstan, Misir, Hindistan, Qazaxıstan, Qətər, Qırğızıstan, Kuba, Maldiv Respublikası, BƏƏ, Seyşel adaları, Serbiya, Sinqapur, Tanzaniya, Türkiyə, Finlandiya, İsveçrə, Efiopiya, Cənubi Koreya, Yaponiyadan olan əcnəbi tələbələr Rusiyaya səfər edə bilərlər”, - məlumatda dəqiqləşdirilir. **