Dağlıq Qarabağda müharibə zamanı Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini tam yerinə yetirib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Müharibə dövründə Rusiya özünün müttəfiqlik öhdəliklərini birmənalı şəkildəyerinə yetirib. Lakin bir məqam var. Biz uzun müddət Rusiyaya malik olmadığı müttəfiqlik öhdəlikləri aid etmişik. Bu mühüm məqamdır. Rusiya, dövlət kimi, keçmiş SSRİ-nin özülü kimi, keçmiş İttifağa daxil olan ölkələr qarşısında, həm Ermənistan, həm də Azərbaycan qarşısında öhdəlikləri var”, - Paşinyan şənbə günü Araqatsonsk vilayətinə səfəri çərçivəsində kəndlərin sakinləri ilə görüşdə bildirib.
O əlavə edib ki, “Rusiya - Ermənistanın strateji müttəfiqi və dostudur, ancaq Azərbaycanın düşməni deyil”.
“Biz anlamalıyıq ki, müttəfiqlik öhdəlikləri konkret çərçivələrdə təsvir olunub”, - Paşinyan qeyd edib. **