Azərbaycanda koronavirus infeksiyasına 814 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 246,304 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1187 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 351 nəfərə çatıb.
Virusa yoluxmuş 232,876 min nəfər (sutka ərzində +342) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 10 min 77 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 386 (ötən gün 11 692 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 776,535 min test aparılıb.**
X.Nəsirzadə