Ermənistan Rusiya-Ermənistan münasibətlərini və ordunun strukturunu regionda Türkiyə ordusu təhlükəsinə uyğunlaşdırır. Bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan deyib.
"Müharibədən sonra bölgədə hərbi-siyasi vəziyyət dəyişdi. Biz tədricən birləşən Türkiyə-Azərbaycan ordusu və de-fakto Türkiyə ordusu ilə qarşı-qarşıyayıq", - deyə Arutyunyan bu gün parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.
“Təhlükənin qarşısını almaq üçün biz ordu strukturunu və Ermənistan-Rusiya münasibətlərini bu təhlükəyə uyğunlaşdırmalıyıq. Ermənistan ordusunda islahatların mahiyyəti bundan ibarətdir”, - deyə o qeyd edib.*