Azərbaycan və Ermənistan SSRİ dövründə fəaliyyət göstərmiş bütün nəqliyyat kommunikasiyalarının bərpası imkanlarını müzakirə edir. Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.
“Müzakirələr Sovet dövründə fəaliyyət göstərmiş bütün kommunikasiyaların - həm avtomobil yollarının, həm də dəmir yollarının bərpası üzrə aparılır”, - deyə Qriqoryan bu gün parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrup bir sıra iclaslar keçirib.
"İrəliləyiş var, lakin hələlik işlər ekspertlər səviyyəsində aparılır", - deyə Qriqoryan qeyd edib.*