Azərbaycanda koronavirus infeksiyasına 1429 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 250,921 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1185 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 421 nəfərə çatıb.
Virusa yoluxmuş 234,382 min nəfər (sutka ərzində +548) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 13 min 118 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 760 (ötən gün 8 121 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 807,861 min test aparılıb.**
X.Nəsirzadə