Azərbaycanda koronavirus infeksiyasına 1759 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 252,68 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1429 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3445 nəfərə çatıb.
Virusa yoluxmuş 234,893 min nəfər (sutka ərzində +511) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 14 min 342 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 923 (ötən gün 8 760 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 816,784 min test aparılıb.*
B.Rüstəmbəyov