Ermənistan və Azərbaycan sərhədində sərhəd postları 1970-ci illərin hərbi xəritələri əsasında yerləşdirilir. Bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib.
“Sərhəd postları 1975-1976-cı illərin hərbi xəritələri əsasında yerləşdirilir. Bu, sərhədlərin yekun delimitasiyası və demarkasiyasına qədər müvəqqəti yerləşdirmədir. Bunun üçün isə ikitərəfli münasibətlər olmalıdır”, - deyə Avinyan bildirib.
Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası uzunmüddətli prosesdir.
“Biz indiyədək Gürcüstanla bu prosesi başa çatdırmamışıq. Lakin gec-tez bütün qonşularımızla bu prosesdən keçməliyik”, - deyə Avinyan qeyd edib.*