Azərbaycanda koronavirus infeksiyasına 1690 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 254,37 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1759 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3464 nəfərə çatıb.
Virusa yoluxmuş 235,606 min nəfər (sutka ərzində +713) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 15,3 min nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,67 min (ötən gün 8 923 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 826,454 min test aparılıb.*
Ə.Məmmədov