Gəncə Şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup”MMC ilə bir sıra obyektlərin tikintisinin davam etdirilməsinə dair müqavilələr bağlayıb.
www.etender.gov.az saytının məlumatına görə, şirkətlə 18,75 milyon manat dəyərində iki müqavilə imzalanıb.
Birinci müqavilə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi yönəlib. Müqavilənin dəyəri – 9,4 milyon manatdır.
İkinci müqavilənin predmeti Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinin davam etdirilməsidir. Müqavilənin dəyəri 9,35 milyn manat təşkil edir. **
X.Nəsirzadə