"Azərişıq" ASC elektrik avadanlıqlarının məsafədən avtomatik idarə olunması üçün elektromaqnitli aparatların satın alınmasına 4,4 milyon manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, cəmiyyət "Sabah Construction" MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 4 milyon 447,08 min manatdır.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova