Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tacikistana işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindənməlumat verilir.
Məlumata görə, səfər çərçivəsində Bayramov “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak edəcək.
“Habelə nazir yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək”, - XİN-dən qeyd olunur. **
X.Nəsirzadə