“AtaSığorta” şirkətinin səhmdarları 4 may tarixində keçiriləcək növbədənkənar ümumi yığıncaqda bir sıra məsələləri müzakirə edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
“Şirkətin səhmdarları İdarə Heyətinin və Direktorlar Şurasının hesabatları, 2020-ci il ərzində şirkətin audit hesabatını, həmçinin mənfəətin bölgüsünü müzakirə edəcəklər”, - şirkətdən qeyd ediblər.
“AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir. “AtaHolding” şirkətin yeganə səhmdarıdır. Şirkətin nizamnamə kapitalı 14,6 milyon manatdır. **
Ə.Məmmədov