Cümə axşamı, aprelin 1-də Ermənistan XİN başçısı Ara Ayvazyan Moskvaya səfər edəcək.
“Aprelin 1-də Moskvaya səfər edəcəyəm, Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək”, - Ayvazyan parlamentinXarici münasibətlər üzrə daimi komissiyasının iclasında bildirib.
O qeyd edib ki, iclas çərçivəsində Azərbaycan XİN başçısı ilə ayrıca görüşün keçirilməsi planlaşdırılmır.
“İkitərəfli (Ermənistan-Azərbaycan) və ya üçtərəfli (Ermənistan-Azərbaycan-Rusiya) təmaslar planlaşdırılmır”, - Ayvazyan deyib. **