2020-ci ilin payızında Dağlıq Qarabağda müharibə Rusiyanın səyləri hesabına dayandırlıb. Bu barədə Ermənistan XİN başçısı Ara Ayvazyan bəyan edib.
“Qarabağda müharibə Rusiyanın səyləri nəticəsində dayandırıldı. Ola bilsin ki, bu kiminsə xoşuna gəlmir, lakin bu faktdır. Əks halda biz tamamilə fərqli vəziyyətə malik olardıq”, - Ayvazyan parlamentinXarici münasibətlər üzrə daimi komissiyasının iclasında bildirib.
Həmçinin, nazir vurğulayıb: “Mən Ermənistanın və ölkənin xarici siyasətinin Rusiyadan asılı olması ilə razı deyiləm. Rusiya bizim strateji tərəfdaşımız olaraq qalmaqdadır və biz bunu dəyərləndiririk”. **