2020-ci ilin payızında Dağlıq Qarabağda müharibə ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üzrə həmsədrlərinin öz missiyalarını icra edə bilmədiklərini nümayiş etdirdi. Bu barədə Ermənistan XİN başçısı Ara Ayvazyan bəyan edib.
“Müharibə ATƏT-in Minsk qrupunun həmsədrlərinin müvəffəqiyyətsizliyə uğradığını nümayiş etdirdi. Onlar nəinki problemin danışıqlar yolu ilə, həm də məsələnin hərbi yolla həllinin istisna edilməsi üçün çağırılmışdılar və bu gün də çağırılıblar. 2020-ci il 27 sentyabr tarixi (Qarabağda müharibənin başlanması - İF) sübut etdi ki, onlar (həmsədrlər - İF) özmandatları çərçivəsində müvəffəqiyyətsizliyə uğradılar”, - Ayvazyan parlamentin Xarici münasibətlər üzrə daimi komissiyasının iclasında bildirib.
Eyni zamanda, o qeyd edib ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanla danışıqların bərpasında maraqlıdır. **