Qırğızıstan Azərbaycanla birbaşa hava əlaqəsi təşkil etməyi planlaşdırır. Bu barədə Qırğızıstanın nəqliyyat, memarlıq, tikinti və kommunikasiyalar naziri Gülmira Abdraliyeva məlumat verib.
“Demək, bizim tərəfimizdən reysləri “Air Manas”, Azərbaycan tərəfindən isə “Azərbaycan Hava Yolları” yerinə yetirəcək”, - Abdraliyeva bazar ertəsi parlamentin büdcə və maliyyə komitəsinin iclasında deputatlarla “Qırğızıstan Respublikasının Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” saziş layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir əlavə edib ki, bu cür reyslərin qiyməti əsasən ölkələrin aeroportları tərəfindən göstərilən xidmətlərdən asılıdır.
Abdraliyeva deputatları iki ölkə arasında ticarəıt-iqtisadi, turizm və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı məqsədilə bu sazişi təsdiq etməyə çağırıb. **
N.Abbasova