Yanvar-fevral aylarında Azərbaycanda banklar bankomatların sayını 1,2%, pos-terminalların sayını 0,9% artırıb
1 mart 2021-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,747 min ədəd bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 1,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Martın 1-nə Bakıda 1,439 min ədəd (hesabat dövründə artım 0,7%), bölgələrdə 1,308 min ədəd (artım 1,7%) bankomat quraşdırılıb.
2021-ci il martın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 57,655 min ədəd təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 0,9% çoxdur.
Bununla yanaşı, Bakıda 37,854 min ədəd (artım 0,6%), regionlarda 19,801 min ədəd (artım 1,6%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 56,351 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,7%-i quraşdırılıb.**
X.Nəsirzadə