2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda banklar biznes kreditləri və ipoteka kreditləşməsini artırıb, istehlak kreditləri üzrə portfeli azaldıb,.
Mərkəzi Bankın məlumatına görə, 2021-ci il fevralın 28-nə bankların kredit portfeli 14 milyard 246,1 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,6%) həcmində qiymətləndirilir.
Yanvar-fevral aylarında banklar biznes kreditləri üzrə portefli 0,6% - 8 milyard 530,7 milyon manatadək və ya bankların bütün kredit portfelinin 59,9%-i səviyyəsində artırıb.
Hesabat ayında banklar istehlak kreditləşməsi üzrə portfeli 0,7% - 3 milyard 634 milyon manatadək azaldıb, xüsusi çəki 25,5% təşkil edib.
2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda banklar ipoteka kreditləri üzrə portfeli 3,2% - 2 milyard 81,4 milyon manatadək və ya bankların bütün kredit portfelinin 14,6%-dək artırıb.
2021-ci il fevralın 28-nə Azərbaycanda 26 bank fəaliyyət lisenziyasına malik olub. **
Ə.Məmmədov