Azərbaycanda koronavirus infeksiyasına 1 129 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 257,33 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1831 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 513 nəfərə çatıb.
Virusa yoluxmuş 236,5 min nəfər (sutka ərzində +349) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 17,317 min nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 630 (ötən gün 10 590 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 844,674 min test aparılıb.**
B.Rüstəmbəyov