Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini hava marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.
“Bazar ertəsi Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Aamir Masud ilə görüşüb. Tərəflər Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər”, - Müdafiə Nazirliyindən məlumat verilir.
Məlumata görə, Tahirov və Masud Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığının perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. **
N.Abbasova