Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə bölgədə mövcud vəziyyəti müzakirə edib.
“Bazar ertəsi Bayramov Tacikistana səfəri çərçivəsində Türkiyə XİN başçısı ilə görüşüb. Nazirlər bölgədə mövcud olan vəziyyət, eləcə də münaqişə sonrası yenidənqurma və bərpa prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar”, - Xarici İşlər Nazirliyindən məlumat verilir.
Məlumata əsasən, tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə edib və 1 aprel tarixindən Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokolun qüvvəyə mindiyini və bu tarixdən vətəndaşlarımızın şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklərini məmnunluqla qeyd ediblər.
Bunda başqa, nazirlər qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər. **
N.Abbasova