Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Bakı arasındakı münasibətləri qarşılıqlı fayda verən etibarlı münasibətlər kimi qiymətləndirir.
“Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan mükəmməl, etibarlı münasibətlərimiz var. “Onlar qarşılıqlı fayda verən həddindən çox aspektə malik ola bilər”, - deyə Peskov “Arqumetı i faktı” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ermənistanla da tarixən yaxşı münasibətləri var. “Bizim Ermənistana böyük fayda gətirən çoxsaylı inteqrasiya proseslərimiz var. Həm siyasi, həm də iqtisadi", - deyə mətbuat katibi vurğulayıb.
Peskov əlavə edib ki, Dağlıq Qarabağda müharibənin dayanmasında Putinin şəxsi rolunu hamı yadda saxlamalıdır.*
A.Əzizov