"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways" şirkəti aprel ayından Bakıdan Türkiyənin İstanbul və İzmir şəhərlərinə yerinə yetirdiyi xüsusi reyslərin sayını artıracaq.
““Buta Airways” şirkəti gələn aydan Bakıdan İstanbul və İzmir şəhərlərinə yerinə yetirdiyi xüsusi reyslərin sayını tədricən artırmağı planlaşdırır. Uçuşların sayının artırılması sərnişinlərə həmin marşrutlar üzrə biletləri rəqabətədavamlı və münasib qiymətə əldə etmək imkanı yaradacaq”, - deyə aviadaşıyıcının məlumatında bildirilir.
Bakıdan İzmirə və geri reyslərin sayı həftədə 3 dəfədən 4 dəfəyə qədər artırılacaq.
Aprelin 20-dən etibarən isə Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar hər gün yerinə yetiriləcək.
Reyslər Türkiyənin Sabiha Gökçen (İstanbul) və Adnan Menderes (İzmir) hava limanlarına yerinə yetiriləcək.
"Buta Airways" ötən il dekabrın 6-dan Bakıdan İzmirə, martın 18-dən isə İstanbula reyslər həyata keçirir.*
R.Əhmədov