Azərbaycanda koronavirus infeksiyasına 2 146 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 259,476 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1129 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3538 nəfərə çatıb.
Virusa yoluxmuş 237,338 min nəfər (sutka ərzində +838) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 18,6 min nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 099 (ötən gün 7 630 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 858,773 min test aparılıb.*
X.Nəsirzadə