Şuşa şəhərində DOST regional mərkəzinin tikintisi üzrə işlərə başlanılıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
“Cəmi 16 regional mərkəzin tikintisi planlaşdırılır. Əlbəttə, işğaldan azad edilmiş ərazilər bu məsələdə prioritet sayılır. Ölkə başçısının tapşırığı ilə Şuşada regional mərkəzin yaradılması üzrə işlərə başlamışıq”, - deyə S.Babayev AzTV-yə müsahibəsində bildirib.*
X.Nəsirzadə