Martın 30-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Asiyanın ürəyi - İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənməlumat verilib.
“Tərəflər Azərbaycan ilə Pakistan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu xüsusda hökumətlərarası ticarət və iqtisadiyyat komissiyasının Bakıda keçiriləcək növbəti iclasını vurğulayıblar. Nazirlər, həmçinin parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini qeyd ediblər”, - deyə məlumatda qeyd olunur.
Görüşdə tərəflər Azərbaycan ilə Pakistanın ikitərəfli əlaqələrlə bağlı məsələləri, o cümlədən Azərbaycanın Dövlət Neft Şirkəti ilə Pakistanın şirkətləri arasında əməkdaşlığım perspektivlərini, mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının 6-cı iclası 26-27 aprel 2016-cı il tarixlərində İslamabadda keçirilib.*
X.Nəsirzadə