Gürcüstanın Mülki Aviasiya Agentliyi 2021-ci ilin yay mövsümündə ölkənin beynəlxalq hava limanlarından uçuş cədvəlini təsdiq edib. Bu müddət ərzində 26 ölkəyə 34 istiqamət üzrə müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi planlaşdırılır.
Xüsusilə Tbilisi beynəlxalq aeroportundan uçuşlar 21 ölkəyə 24 istiqamət üzrə həyata keçiriləcək, onlardan beş marşrut (Amsterdam, Berlin, Vyana, Paris və Tel-Əviv) üzrə uçuşlara “Georgian Airways” aviaşirkəti xidmət göstərəcək.
Qalan reyslər Turkish Airlines, Lufthansa, Airfrance, LOT Polish Airlines, Air Astana, Buta Airways, SkyUp Airlines, FlyDubai, Qatar Airways, Israir, Belavia, AirBaltic, China Southern Airlines, Uzbekistan Airways, Jazeera Airways və Air Arabia aviaşirkətlərinin xidmət göstərəcəyi digər istiqamətlərin payına düşür.
Bu ilin yayında Cargolux, Turkish Cargo və Geo Sky aviaşirkətləri Tbilisidən Bakı, Lüksemburq, İstanbul, Frankfurt və Çjençjou şəhərlərinə müntəzəm yük reysləri həyata keçirəcək.*