Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb.
Azərbaycan XİN-in məlumatına görə, sənədi hər iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Sirociddin Muhriddin imzalayıblar.
“Görüşdə Azərbaycan və Tacikistan arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. Xüsusilə iqtisadi, ticarət, nəqliyyat, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb”, - deyə məlumatda bildirilir.
Həmçinin birbaşa hava əlaqəsinin yaradılmasının əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov tacikistanlı həmkarını Azərbaycana rəsmi səfər etməyə dəvət edib.*
R.Əhmədov