Dağlıq Qarabağda RF-nin sülhməramlı kontingenti üçün mobil şəhərcikləri aprelin 5-dən gec olmayaraq istifadəyə veriləcək, aprelin sonunadək sülhməramlılar üçün mobil hospital fəaliyyətə başlayacaq. Bu barədə Rusiyanın müdafiə nazirinin müavini Dmitri Bulqakov jurnalistlərə məlumat verib.
Bulqakov Xankəndidə sülhməramlılar üçün 250 yerlik növbəti blok-modul tipli şəhərciyin açılışı və məskunlaşma mərasimində iştirak edib.
O dəqiqləşdirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qərarına əsasən, Dağlıq Qarabağda mobil hospital inşa olunur. Burada zərurət yaranacağı halda sülhməramlılara ixtisaslaşdırılmış yardım göstəriləcək. Aprelin sonunadək mobil hospital hazır olmalıdır. **