Dünya Bankı 2021-ci və 2022-ci illərdə Azərbaycanda iqtisadiyyatın artımını 2,8% və 3,9% səviyyəsində gözləyir. Bu qiymətləndirmə DB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə iqtisadi hesabatında yer alır.
Cari il Azərbaycanda ÜDM-in artım proqnozu yanvar ayının proznou ilə müqayisədə (1,9%) 0,9 faiz bəndi yaxşılaşdırılıb, 2022-ci ilə 0,6 faiz bəndi pisləşib (4,5%).
DB-nin qiymətləndirmələrinə əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 3,4% təşkil edəcək.
Beləliklə, DB-nin qiymətləndirmələrinə görə, 2021-2023-cü illərdə ölkənin orta illik ÜDM-in artımı 3,4% -ə yaxın təşkil edəcək.
DB-nin qiymətləndirmələrinə görə, ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatının artımı üçün neftin qiymətinin stabilləşməsi, həmçinin Qarabağın bərpasına sərmayələr müsbət amillərdir. “Gözlənildiyi kimi, Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş bölgədə geosiyasi gərginliyi azaltmağa yardım edəcək, baxmayaraq ki, sabitlik üçün risklər qalmaqdadır”, - hesabatda vurğulanır.
Həmçinin, DB-nin qiymətləndirmələrinə görə, vaksin tədarükünün ləngiməsi ilə bağlı zəif vaksinasiya, həmçinin neft hasilatının planlaşdırılandan daha zəif artırılması Azərbacanda ÜDM-in artım templərini zəiflədə bilər.
2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər və OPEC+ sazişi çərçivəsində hasilatın azalması, o cümlədən Ermənistanla hərbi münaqişə səsəbindən 4,3% təşkil edib.
DB-də hesab edirlər ki, Azərbaycan iqtisadiyyatının bərpası tədricən olacaq, ÜDM-in həcmi 2022-ci ilin sonuna kovidöncəsi səviyyəyə qayıdacaq. “Lakin digər ölkələrlə müqayisədə vaksinasiyaya daha tez başlanması (2021-ci ilin yanvar ayında - İF), Qarabağın bərpasına mühüm həcmdə sərmayələr iqtisadiyyatın daha tez bərpasına gətirə bilər”, - hesabatda qeyd edilir.
DB-nin qiymətləndirmələrinə görə, 2021-ci ildə daxili tələbin sürətləndirilməsi ÜDM-in artımını dəstəkləyəcək. Bundan başqa, neftin qiymətinin artımı 2020-ci ildə büdcə kəsirinin ÜDM-in 6,5%-dən ÜDM-in 2,5%-dək azalmasına gətirəcək, tədiyə balansının cari əməliyyatlar hesabının profisitə qayıtmasına imkan yaradacaq.
Həmçinin, DB Azərbaycan hökumətinə iqtisadi artım templərinin sürətlənməsi üçün struktur islahatların aaparılmasını davam etməyi tövsiyyə edir.
Həmçinin, bank qeyd edir ki, pandemiya ilə bağlı vəziyyət, neft bazarında tarazlıq kimi qeyri-müəyyən olaraq qalır. Bütün bunlar Azərbaycan iqtisadiyyatı üçün risklər təşkil edir. “Lakin ARDNF-də toplanan mühüm ehtiyatlar – ÜDM-nin 100%-dən artıq – ölkə iqtisadiyyatını geosiyasi risklər də daxil olmaqla, risklərdən xilas edəcək”, - bank qeyd edir.
Hesabatda bildirilir ki, Azərbaycan hökuməti 2031-ci ilədək milli prioritetlər sənədini təsdiq edib. DB-nin qiymətləndirmələrinə görə, bu sənədin reallaşdırılması sistemli makroiqtisadi, struktur və idarəçilik problemlərini həll etməyə imkan verəcək. “Öz növbəsində, bu problemlərin həlli iqtisadi artımın yeni qeyri-karbohidrogen mənbələrini aşkar edə, ölkənin dayanıqlı və inklüziv inkişafını təmin edə bilər”, - DB qeyd edir.
Bankın proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 2020-ci ildə 2,7%-dən 3,9%-dək sürətlənəcək, 2022-ci ildə 3,2%-dək azalacaq, 2023-cü ildə - 3%-dək azalacaq.
Bank 2021-ci ildə Azərbaycanın tədiyə balansının profisitini ÜDM-in 2,8% səviyyəsində (2020-ci ildə - kəsir ÜDM-in 1%-i), 2022-ci ildə - ÜDM-in 3,9% səviyyəsində, 2023-cü ildə - ÜDM-in 3,1% səviyyəsində proqnozlaşdırır.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2021-ci ildə ölkədə ÜDM-in artımı 3,4% təşkil edəcək. **
A.Əzizov