Azərbaycan 2021-ci ilin yanvar-fevral aylarında $331,3 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm xurma ($27,9 milyon – artım 97,9%), qızıl ($34,4 milyon – artım 26%), çiyidli pambıq ($37,1 milyon – artım 24%), təmizlənmiş fındıq ($18,8 milyon – azalma 15,3%), polipropilen ($19,8 milyon – artım 36,5%), elektrik enerjisi ($16,1 milyon – azalma 9,6%), sıxlığı 0,94-dən aşağı ilkin polietilen ($15,3 milyon – artım 84,3%), pomidor ($14,2 milyon – azalma 42,5%), yağ ($10 milyon, artım 2,2 dəfə) payına düşüb.
Bu dövrdə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($106,9 milyon - artım 42%), Rusiya ($85,5 milyon – azalma 2,8%), Gürcüstan ($28,3 milyon – azalma 18,9%), İsveçrə ($35,2 milyon – artım 22,2%) və ABŞ ($13,2 milyon – artım 4,4 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 36%-i Türkiyə, daha 25,8%-i RF-nin payına düşüb.
2020-ci ildə Azərbaycan $1 milyard 9 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $4 milyarda yaxın təşkil edəcək. **
B.Rüstəmbəyov