2021-ci ilin yanvar-fevral aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $221,274 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar ayının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($32,2 milyon), özəl şirkətlər arasında isə “MKT Istehsalat Kommersiya” MMC ($20,9 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına SOCAR Polymer (29,9 milyon dollar), "AzerGold" QSC ($22,8 milyon), "Azəralüminum" MMC ($24,2 milyon), "Azərenerji" ASC ($16,1 milyon), «Azərpambıq Aqrar Sənaye Kompleksi» MMC ($13,2 milyon), "Azərbaycan Hava Yolları" ($0,055 milyon), «Azərtütün Aqrar Sənaye Kompleksi» MMC ($0,064 milyon), «Azərbaycan Dəmir Yolları» QSC ($1 milyon), «Azəripək» MMC ($0,455 milyon) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($11,8 milyon), "Sun Food" MMC ($5,6 milyon "Baku Steel Company" MMC ($7,6 milyon), “AQROVEST” MMC ($4,6 milyon), «P-Aqro» MMC ($8,3 milyon), «Metal Trade Ltd” MMC ($5,7 milyon), “Azərşəkər İstehsalt Birliyi” MMC ($4,9 milyon) və «Cristal Fruit» MMC ($6,1 milyon) daxildir.
Azərbaycan yanvar-fevral aylarında $331,3 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.**
N.Abbasova