Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar(32-ci kilometrdən 103-cü kilometrədək)hissəsinin yenidən qurulması üçün podratçı seçiminə ilkin qiymətləndirməyə (prekvalifikasiyaya) dəvət elan edib.
Yenidən qurulacaq yol hissəsinin ümumi uzunluğu 70.5 kilometrdir.Mövcud yol tamamən olmasa da, əsasən II kateqoriyalı yol ölçülərinin tələblərinə uyğundur. Mövcud yol örtüyü çoxsaylı qüsurlar olmaqla ümumilikdə yararsız vəziyyətdədir və beş ədəd çay-kanal keçidinin dəyişdirilməsinə də ehtiyac var.
Yeni yol geyiminə asfalt beton səth, asfalt yapışdırıcı-bağlayıcı lay, asfaltın əsas layı və dənəvər alt layı daxildir. Mövcud beş körpü tamamilə yeniləri ilə əvəz ediləcək və bir yeni körpü tikiləcəkdir.
Yolun bərpası üçün ehtimal edilən tikinti müddəti 24 ay və sonra isə qüsurların aradan qaldırılması müddəti 24 aylıq olacaqdır.Yol, tikinti zamanı nəqliyyatın hərəkəti üçün açıq qalacaq və podratçı nəqliyyatın idarə olunmasına cavabdeh olacaq.
İlkin qiymətləndirmə (prekvalifikasiya) Dünya Bankının "İLM Borcalanları üçün Satınalma Qaydaları”nda (2020-ci ilin noyabr ayında nəşr olunan) ("Satınalma Qaydaları”)müəyyən edilən prosedurlara müvafiq olaraq həyata keçiriləcək və Satınalma Qaydalarına əsasən iştirak hüququ olan bütün iddiaçılar üçün açıqdır.
Tenderə dəvətin 2021-ci ilin iyul ayında olacağı gözlənilir.
İlkin qiymətləndirmədə iştirak haqqı -300 manat və ya 170 ABŞ dollarıdır.
Tenderin ilkin seçim mərhələsi üçün müraciətlər11 may 2021-ci il, saat 17:00-a kimitəqdim edilməlidir.
Əlaqə telefonu: (+994 12) 499 79 02,mehman.babaxanov@azeravtoyol.gov.az,saadat.aliyeva@azeravtoyol.gov.az
Xəbər verildiyi kimi, Dünya Bankının Direktorlar Şurası 2008-ci il aprelin 29-da avtomobil yolu infrastrukturunun inşası və yenidən qurulması üçün Azərbaycana $300 mln. həcmində əlavə kreditin verilməsini təsdiq edib. Bankın kredit vəsaitləri Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə 10 ili güzəştli olmaqla 40 il müddətinə verilib. Əlavə kredit hesabına uzunluğu 112 km olan Ələt-Masallı avtomobil yolunun, H.Z.Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinə qədər 41 km uzunluğunda avtomobil yolunun tikintisi və yenidən qurulması planlaşdırılır. Bundan başqa, DB-nin vəsaitləri hesabına 200 km uzunluğunda yerli avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur.
Bu layihənin ümumi dəyəri $505 mln. təşkil edir. Bunun $300 mln.-u DB-nin krediti, $205 mln.-u Azərbaycan hökumətinin payıdır. **
N.Abbasova