2020-ci ildə Azərbaycanın ABŞ iqtisadiyyatına birbaşa investisiyaları $171,073 milyon təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 3,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə ABŞ Azərbaycan investisiyalarının yönəldildiyi ölkələr arasında ikinci yeri tutub. Ötən il ərzində Azərbaycanın birbaşa xarici investisiyalarının ümumi həcminin 13,8%-i ABŞ-ın payına düşüb.
İnvestisiyaların həcminə görə birinci yerdə Türkiyə gəlir. 2020-ci ildə Azərbaycan investisiyalarının 26,9%-i - $334,047 milyon (azalma 60% dəfə) bu ölkəyə yönəldilib.
Üçüncü yerdə Lüksemburq ($123,011 milyon – azalma 61,2%) qərarlaşıb.
2020-ci ildə Azərbaycan investisiyalarının yönəldildiyi ölkələrin onluğuna Böyük Britaniya ($44,645 milyon), Bəhreyn ($44,955 milyon), Malta ($83,8 milyon), Rusiya ($95,028 milyon), Avstriya ($93,52 milyon), Monteneqro ($101,425 milyon) və Gürcüstan ($39,007 milyon) daxil olub.
Bütövlükdə, 2020-ci ildə Azərbaycandan xaricə birbaşa investisiyalar $1 milyard 243,538 milyon (azalma 52,2%) təşkil edib. Bu azalma hesabat dövründə Türkiyə, Rusiya, Monteneqro, Böyük Britaniya və bir sıra ölkələrin iqtisadiyyatına birbaşa investisiyaların azalması ilə izah olunur.
Bu dövrdə ən çox birbaşa investisiya qoyuluşları - $1 milyard 680,899 milyon (artım 41,6%) və ya ümumi həcmin 37,1%-i Böyük Britaniya şirkətləri tərəfindən həyata keçirilib.
İkinci yerdə Türkiyə ($577,993 - artım 1,2%, ümumi həcmin 12,8%-i), üçüncü yerdə ABŞ ($475,245 milyon - artım 25,1%, ümumi investisiyaların 10,5%-i) qərarlaşıb.
2020-ci ildə Azərbaycan iqtisadiyyatına yatırım etmiş investorların ilk onluğuna Yaponiya ($343,651 milyon), Rusiya ($158,626 milyon), Malayziya ($311,799 milyon), Kipr ($227,476 milyon), Norveç ($195,17 milyon), İran ($200,571 milyon) və Niderland ($77,809 milyon) da daxil olub. 2020-ci ildə Rusiyanın Azərbayan iqtisadiyyatına birbaşa xarici investsiyaları 1,1% artıb.
2020-ci ildə Azərbaycana birbaşa xarici investisiyalar $4 milyard 527,706 milyon (artım 5,9%) təşkil edib.**
Ə.Məmmədov