Azərbaycanda koronavirus infeksiyasına 2 237 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 261,713 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2146 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 567 nəfərə çatıb.
Virusa yoluxmuş 238,125 min nəfər (sutka ərzində +787) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 20,021 min nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 885 (ötən gün 14 099 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 873,658 min test aparılıb.**
X.Nəsirzadə