Türkdilli dövlətlər Qarabağda 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərin bərpası üzrə Azərbaycanın səylərini dəstəkləməlidir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çərşənbə günü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal sammitində bəyan edib.
“Türkdilli dövlətlərin Qarabağda türk abidələrinin müdafiəsi və bərpası işində Azərbaycanı dəstəkləməyə davam etməyi vacibdir”, - Anadolu agentliyi Ərdoğanın sözlərindən sitat gətirir.
Türkiyə lideri qeyd edib ki, bu gün dünya birliyinin yaşadığı dəyişikliklər Türk Şurası kimi əməkdaşlıq platforalarının əhəmiyyətini daha da gücləndirir. **
R.Əhmədov