Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ramazan bayramından sonra Azərbaycanın Qarabağ bölgəsində Şuşa şəhərinə səfər etməyi planlaşdırır. Bu barədə CNN Türk məlumat verir.
“Əziz qardaşım İlham Əliyevin simasında bütün azərbaycanlı qardaşları Dağlıq Qarabağda Qələbə münasibətilə bir daha təbrik edirəm... Ümid edirik ki, qısa zamanda, Ramazan bayramından sonra Şuşanı ziyarət edəcəyik və yeni bayramı orada qeyd edəcəyik”, - Ərdoğan çərşənbə günü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal sammitində bəyan edib.
Ramazan bayramı 13-14 may tarixlərində qeyd olunacaq. **
N.Abbasova