2020-ci ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $715,9 milyon təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 4,9 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Hesabat dövründə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin həcmi 2019-cu illə müqayisədə 4,9 dəfə - $715,9 milyona qədər azalıb. Həmçinin, turizm xidmətləri balansının kəsiri 2019-cu il ərzində $89 milyon məbləğində profisitə qarşı $107,5 milyon təşkil edib”, - AMB-dən 2020-ci il üzrə tədiyə balansına dair məlumata istinadən qeyd ediblər.
Hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $411,7 milyon məbləğində turizm xidmətləri göstərilib. “Bu məbləğin 88,2%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşüb”, - AMB-dən bildirilir.**
Ə.Məmmədov